18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əməliyyat stolunda ölən ginekoloqun həyat yoldaşı infarkt keçirdi - Vəziyyəti ağırdı
"Baku Medical Plaza"da liposaksiya əməliyyatı olduqdan sonra dünyasını dəyişən həkim-ginekoloq Sona Gürgün Gürgün Vəliyevanın ölümü ilə bağlı yeni məlumatlar əldə etmişik.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanım həkimin əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Hazırda onun vəziyyətinin kritik olduğu bildirilir. Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, bu, Cəmil Gürgünün ikinci infarktıdır.
Xatırladaq ki, S.Vəliyeva "Baku Medical Plaza"da liposaksiya əməliyyatı olduqdan sonra dünyasını dəyişib. Əməliyyatı estetik-cərrah Sirus Qoçxani edib. S.Qoçxani daha əvvəl də - 2017-ci ildə gənc model Leyla Oruclunu liposaksiya əməliyyatı etmiş və xəstə əməliyyatdan sonra ölmüşdü. Ailəsi L.Oruclunun ölümündə S.Qoçxanini ittiham edirdi.
Aynurə Kərimova
Emtv.az