SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

12 il övlad gözləyən müəllimə faciəvi şəkildə öldü - Bakıda ÜRƏKDAĞLAYAN HADİSƏ

8-05-2019, 11:32 | Oxunub: 13 362 |

12 il övlad gözləyən müəllimə faciəvi şəkildə öldü - Bakıda ÜRƏKDAĞLAYAN HADİSƏ

Bu ilin mart ayında "Baku Medical Plaza"da əməliyyat yolu ilə uşaq dünyaya gətirən 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva vəfat edib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyatdan sonra kəskin ağrıları olan və apendisiti partlayan qadın tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 12 illik övlad həsrətindən sonra ana olan Lətafət Şirəliyevanın həyat yoldaşı Baba Şirəliyev bildirib ki, həyat yoldaşı həkim səhlənkarlığının qurbanı olub.

Belə ki bir neçə gün əvvəl virtualaz.org saytına açıqlama verən B.Şirəliyev bildirib ki, bu ilin martın 2-də "Baku Medical Plaza" klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Məlum olub ki, qadının qarnına su yığılıb və onun apendsiti partlayıb. Aprelin 8-də təkrar əməliyyat olunan L.Şirəliyeva bir ay müddətində ağır vəziyyətdə reanimasiyada saxlanılsa da vəfat edib.

"Son günlər klinikamızda ağır xəstə yatan Lətafət Şirəliyeva dünən gecə dünyasını dəyişib". Bu barədə Baku Medikal Plazanın yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: "Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib.

Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır".


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR