SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR

24-05-2019, 17:42 | Oxunub: 35 741 |

“Azərbaycanın Səsi” İctimayi Birliyinin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov 28 May – Respublika Günü münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup tələbələri ilə görüş keçirmişdir.

“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR

Yasəmən xanım Möhübbət qızı söz alaraq “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən keçirilən xeyriyyə tədbirlərindən bəhs etmiş, bu kimi aksiyaların vacibliyini xüsusi vurğulamış və belə tədbirlərin mütəmadi olaraq təşkilinə görə Faiq müəllimə minnətdarlığını bildirmişdir.

Emtv.az xəbər verir ki, 23.05.2019-cu il tarixində "EsmaMedia TV" İnternet Kanalının studiasında “Azərbaycanın Səsi” İB-nin “Gənclərlə Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi Sektoru”nun rəhbəri Mərhəmət Lələyevin təşəbbüsü ilə keçirilmiş bu görüşdə ADBTİA-nın tələbələri ilə yanaşı digər İctimai Birlik və KİV rəhbərləri də iştirak etmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbirin planına uyğun olaraq yazıçı-publisist, xeyriyyəçi, məşhədi Faiq Əhmədovun qatıldığı görüşdə “Azərbaycanın Səsi” İctimai Birliyinin sədr müavini Almaz xanım Allahverdiyeva,“Dünya, Ana və Uşaqlar” ictimai birliyinin sədri Dünya xanım Əliyeva, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı, şairə Səadət Məhərrəmova, Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəzrin xanım Abbaszadə, “Gənclərlə Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi Sektoru”nun müdiri Mərhəmət Lələyev və əməkdaşları, tələbələrdən Oruclu Sadiq, Lələyev İlqar, Nuriyev Mehman, Zahidli Böyükağa, Əliyev Alpay, Rüstəmov Kamran, Hüseynov Tural, Sarıyev Samir iştirak etmişdilər.

Tədbir öncəsi ötən əsrin həm əvvəllərində, həm də sonlarında müstəqilliyimiz uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilmişdir.

Bundan sonra tədbiri giriş nitqi ilə açan yazıçı-publisist, xeyriyyəçi Faiq Əhmədov qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mühüm əhəmiyyət kəsb etməsindən danışıb.

“Azərbaycanın Səsi” İctimayi Birliyinin sədri Faiq Əhmədov qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən demokratiya və bərabərlik prinsiplərinə əsaslanaraq, bütün vətəndaşlara eyni hüquqlar verməklə milli, dini, irqi və sinfi bərabərsizlikləri aradan qaldırıb.

Daha sonra Faiq müəllim öz çıxışında deyib: “Təəssüflər olsun ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət öz mövcudiyyətini qoruya bilmədi. Yalnız Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycan ilk illərdə yenə də müharibə və xaosla üzləşdi. Nəticədə torpaqlarımızın 20 faizi ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz yarandı. Yalnız və yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin öz suverenliyini, öz varlığını qoruyub saxlamasına şərait yaratdı. Bundan sonra müstəqil Azərbaycanın dinamik inkişafının əsası qoyuldu. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirilən düzgün daxili və xarici siyasət sayəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirilib”.

Daha sonra görüş iştirakçıları tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparıblar.

Müzakirələrin gedişində xeyriyyəçi Məşhədi Faiq Əhmədov son zamanlar bəzi qüvvələrin ölkə daxilində qeyri-stabillik yaratmaq cəhdlərinə də münasibət bildirmişdir.

Bu qüvvələrin yalnız xaosla nəticələnə biləcək fəaliyyətini kəskin ifadələrlə pisləyən Faiq müəllim, ən azından bizim ölkədə belə niyyətlərin reallaşmasının qətiyyən mümkün olmadığını vurğulayaraq demişdir: “Bizim ölkədə belə təxribatlar heç zaman nəticə verməz. Çünki Azərbaycan Prezidenti hər zaman Azərbaycan xalqının yanındadır və xalq da hər zaman öz prezidentinin arxasında duracaq. Ölkə Prezidentinin problemli kreditlər məsələsinin həlli məqsədilə imzaladığı son sərəncamlar da, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər də dövlət başçımızın vətəndaşlara göstərdiyi diqqət və qayğısının növbəti təzahürləri oldu. Eyni zamanda da baş verən zəlzələlər zamanı ölkə prezidenti cənab İlham Əliyev təkcə mənən deyil, həm də birbaşa, canlı olaraq hər zaman öz xalqının yanında olduğunu bir daha nümayiş etdirdi.”

Daha sonra Məşhədi Faiq Əhmədov tədbir iştirakçılarına “Azərbaycanın Səsi” İctimai Birliyinin fəaliyyəti barədə məlumat verdi, son vaxtlar görülən işlərdən bəhs etdi. Rəhbərlik etdiyi İctimai Birlik tərəfindən ölkəmizdə qeyd olunan bütün əlamətdar günlərdə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirildiyini qeyd edən Faiq müəllim bununla bağlı dedi: “Azərbaycanın Səsi” İctimai Birliyi mütəmadi olaraq keçirdiyi tədbirlərin gedişində hər zaman xeyriyyə aksiyaları da təşkil edir. Çalışırıq ki, imkanlarımız daxilində əhalinin aztəminatlı təbəqəsini təmsil edən insanlara, o cümlədən şəhid ailələrinə, əlillərə, kimsəsizlərə yardım edək, onların ehtiyaclarının müəyyən bir hissəsini də olsa qarşılayaq. Qürurla deyə bilərəm ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş belə tədbirlərdə bir il ərzində ümumilikdə 452 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara ərzaq yardımı təqdim olunmuşdur.”

Onuda qeyd edək ki, “Azərbaycanın Səsi” İctimayi Birliyinin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov rəhbərlik etdiyi qurum tərəfindən bayram günlərinin də xüsusi tədbirlərin keçirilməsilə qeyd edildiyini bildirdi.

Bununla bağlı Faiq müəllim dedi: “May ayının 10-da ümummilli lider Heyder Əliyevin anadan olmasının 96-cı ildönümüylə baglı “Azərbaycanın Səsi” İctimayi Birliyinin sədri olaraq mən və müavinim Almaz xanım Allahverdiyeva ilə birlikdə Gəncə şəhərinə səfər edmişdik. İlk öncə ümummilli lider Heyder Əliyevin abidəsini ziyarət etməklə, abidənin önünə gül dəstələri qoyduqdan və Ulu Öndərin ruhuna dualar oxuyub, salavat zikr etdikdən sonra, səfər çərçivəsində biz Gəncə səhərində yerləşən N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində də iştirak etdik. Və mən əsgərlər qarşısında çıxış etdim. Mərasimdən sora mən N saylı hərbi hissənin əsgər heyəti üçün süfrə qonaqlığı açaraq, süfrə arxasında biz əsgərlərlə dövlətimiz və dövlətçilyimiz, Azərbaycan ordusunun günü-gündən artan qüdrəti mövzularında söhbətlər etdik.”

Eyni zamanda da, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən xanım Möhübbət qızı söz alaraq “Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən keçirilən xeyriyyə tədbirlərindən bəhs etmiş, bu kimi aksiyaların vacibliyini xüsusi vurğulamış və belə tədbirlərin mütəmadi olaraq təşkilinə görə Faiq müəllimə minnətdarlığını bildirmişdir.

Bundan sonra tədbirdə iştirak edən “Azərbaycanın Səsi” İctimayi Birliyinin digər üzvüləri, dəvət olunan qonaqlar və iştirakçılar da çıxışlar etmiş, qeyd olunan mövzular ətrafında fikir mübadilələri aparılmışdır.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

Hazırladı:"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr
Şöbə"sinin müdri Nəzrin Abbaszadə.

Emtv.az


“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR
“Bizim Ölkədə Belə Təxribatlar Heç Zaman Nəticə Verməz"... - Faiq ƏHMƏDOV - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR