17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyinin Sədri Məşədi Faiq Əhmədovun Gəncə Səfəri - FOTOLARI
Məşədi Faiq Əhmədov Gəncə səhərində yerləsən N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində iştirak etdikdən sonra, hərbi hissənin əsgər heyəti üçün süfrə qonaqlığı vermişdir.
“Azərbaycanın Səsi” İctimai Birliyinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar hər il təşkil etdiyi tədbiri bu dəfə Gəncə şəhərində keçirmək nəzərdə tutulmuşdu.
May ayının 9-da Bakıda, Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlama verən “Azərbaycanın Səsi” İctimayi Birliyinin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov bu barədə ətraflı məlumat təqdim etmişdi.
Faiq Əhmədov bildirmişdi ki, Gəncə şəhərindən daxil olan müraciətlər nəzərə alınaraq, bu ilki tədbirin məhz orada keçirilməsi planlaşdırılmışdır.
Nəzərdə tutulduğu kimi, tədbir 10 may tarixində Gəncədə keçirilmişdir.
Bu barədə hətda Emtv.az-ın və EsmaMediaTV-nin əməkdaşları da hesabat xarakterli qısa reportaj hazırlamışlar.
Həmin reportajı sizlərə olduğu kimi təqdim edirik.
Emtv.az xəbər verir ki, may ayının 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüylə baglı “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Məşədi Faiq Əhmədov və sədr müavini Almaz xanım Allahverdiyeva Gəncə şəhərinə səfər ediblər.
İlk öncə Faiq Əhmədov və Almaz Allahverdiyeva Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyaraq, Ulu Öndərin ruhuna salavat zikr etmiş və dualar oxumuşlar.
Səfər çərçivəsində Məşədi Faiq Əhmədov Gəncə səhərində yerləsən N saylı hərbi hissədə keçirilən andiçmə mərasimində iştirak etmiş və əsgərlər qarşısında çıxış etmişdir.
Mərasimdən sora Məşədi Faiq Əhmədov N saylı hərbi hissənin əsgər heyəti üçün süfrə qonaqlığı vermişdir.
Süfrə arxasında Faiq müəllim əsgərlərlə dövlətimiz və dövlətçilyimiz, Azərbaycan ordusunun günü-gündən artan qüdrəti mövzularında söhbətlər etmişdir.
Onuda qeyd edək ki, Emtv.az saytının və EsmaMedia TV İnternet Kanalının əməkdaşlarıda Gəncə şəhərində çəkilişlər aparmışlar.
Həmçinin “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri Məşədi Faiq Əhmədov jurnalistlərin sullarını cavablandırmışdır.
Daha sonra Faiq müəllim Gəncə şəhərində yerləşən Heydər Əliyev adına parkda ictimai xadimlərlə, ziyalılarla və ağsaqqallarla görüşmüşdür.Görüş zamanı Gəncənin gündən-günə gözəlləşməsindən və sürətli inkişafından söz açılmış, bu barədə fikir mübadilələri olmuşdur.
Daha sonra Gəncə şəhərində yerləşən Şah Abbas məscidi və dahi Nizaminin məqbərəsi ziyarət edilmişdir.
Sonda xatirə şəkilləri çəkilmişdir.
[b]"Azərbaycanın Səsi" İctimai Birliyinin "İctimaiətlə Əlaqələr Şöbə"sinin müdiri
Nəzrin Abbaszadə.
Foto:Seymur Rəhimov