17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Unibank" kompensasiya maxinasiyasını davam etdirir
“Unibank” vətəndaşlara çatası olan kompensasiyanın ya yarısını vermir, ya da müəyyən hissəsini kəsir. Belə bir iddia ilə çıxış edən insanların sayı gündən-günə çoxalmaqdadır.
Emtv.az xəbər verir ki,bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov da yerli KİV-lərə açıqlamasında məlumatları təsdiqləyib. Onun sözlərinə görə, bu cür şikayət digər banklardan da var: “Bunlar insanların maliyyə-hüquqi məsələləri bilməməsindən istifadə edirlər. Artıq bizə də bir neçə dəfə şikayət gəlib bu mövzuda. Hamıya bildirmişəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi sistemdə adlarına nə qədər kompensasiya yazılıbsa hamısını almalıdırlar. Təbii ki, başqa borc yoxdursa. Varsa ora da yönəldilə bilər. Bunlar hamısı saytdakı məlumatlarda əksini tapıb”.
Daha sonra conflict.az onu da qeyd edib ki,“Unibank”ın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov kompensasiyaların kəsilməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, prezidentin fərmanında da qeyd olunduğu kimi, kompensasiyaların ödənişində əsas məqsəd müştərilərin kredit yükünün azaldılması, üzləşdiyi maliyyə itkisinin qarşısını almaqdır: “Kompensasiya məbləğindən silinmələr yalnız müştərinin gecikmədə olan və ya məhkəmə qərarı olan krediti üzrə aparıla bilər. Bu proses isə müştərinin kredit yüklülüyünün azaldılmasına, məhkəmdə olan işlərin azalmasına xidmət edir. Gecikdirilən borcdan əlavə məbləğ isə müştərinin özünə qaytarılır. Heç bir gecikməyən kredit üzrə silinmə ola bilməz və olmayıb”.
Aysu Əliyeva
Emtv.az