SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Unibank" yenə də yolunu düz getmir...

14-05-2019, 10:24 | Oxunub: 9 302 |

"Unibank" yenə də yolunu düz getmir...

Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb. Artıq bankların çoxu məbləği 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, kartları da təqdim edib.

Emtv.az xəbər verir ki,şikayətçi Fərqanə Qasımova isə yerli KİV-lərə bildirib ki, "UniBank”vətəndaşları maliyyə toruna salmaqla məşğuldur: "Mən Qasımova Fərqanə 2015-ci ildə "UniBank”ın "RAZİN”də yerləşən ünvanından kredit almaq üçün müraciət etdim. Müraciətim müsbət qarşılandı və mənə kredit ayrıldı. Mən sənədlərə qol çəkib kassadan 1500 azn pul götürüb uzaqlaşdım. Açığı bank işçisi tanış idi deyə heç bir sənədə baxmadım. Çünki krediti mən özümçün deyil, rəfiqəm üçün götürürdüm. Ancaq rəsmiləşmə və digər məsuliyyətlər təbii ki, mənim adıma idi. Rəfiqəm 1500 azn-dən də artıq vəsait ödəyəndən sonra mənə zəng etdi ki, borc nəsə bitmir, sənədlərə bax. Mən sənədləri bir tanış mütəxəssisə göstərdim. Bəlli oldu ki, mənə 1500 azn yox, 3600 dollar kredit ayrılıb. Lakin bank işçisi bu məbləğdən yalnız 1500 azn mənə verib. Mən banka müraciət etdim, kameraları açmağı, mənim nə qədər pul götürməyimi dəqiqləşdirmələrini istədim. Onlar isə yox cavabını verdilər. O olaydan sonra İKİ DƏFƏ devolvasiya oldu. Və beləliklə mən əlavə vəsaitlər ödəməyə başladım. Sonra Cənab Prezidentin məlum sərəncamından sonra mənim də işim yüngülləşdi. Bankdan mənə mesaj gəldi (red. Foto əlavə edilib), dedilər ki, banka yaxınlaşın, əlavə ödədiyiniz pulları geri alın. Mən də banka yaxınlaşdım və tam hesablandıqdan sonra mənə 2296.28 azn geri qaytarıldı. Əslində mən bu məbləğin az olduğunu düşünürdüm. Amma olaylar bundan sonra başladı.

Daha sonra dia.az onu da qeyd edib ki,11.05.2019-cu il tarixdə "UniBank”dan mənə yenidən zəng gəldi.Mənə dedilər ki, sizin kreditiniz var, 2 gün də gecikib. Mən məbləği soruşanda dedilər ki, sizin 1900 azn borcunuz var. Mən krediti götürəndə də bu bank məni aldadıb, bu illər ərzində mənə aid olmayan, götürmədiyim məbləği ödədim, kompensasiyamı da aldım. İndi bank yenidən mənə hansı məqama görə borc açır, anlamadım. Bu barədə aidiyyatı qurumlara, Cənab Prezidentə, 1-ci Vitse-Prezidentə müraciət edəcəm. Çünki artıq 1 manat belə ödəməyə imkanım yoxdur. Aidiyyatı qurumlar bu qanunsuzluğa son qoymalı, vətəndaşları dövlətdən narazı salmaqdan vaz keçməlidirlər”.

Mövzunu davam etdirəcəyik.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR