SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Xalq bank” vətəndaşı intihar həddinə çatdırıb...

15-04-2019, 09:47 | Oxunub: 12 245 |

“Xalq bank” vətəndaşı intihar həddinə çatdırıb...

Rövşən Cavad oğlu İsmayılov “Xalq bank”ın qanunsuzluqlarına etiraz olaraq intihar edəcəyini deyir.

Emtv.az xəbər verir ki,yerli KİV-lərə müraciət edən vətəndaş bildirir ki, 2013-cü ildə biznesinin inkişafı üçün “Xalq bank”dan 40 min manat ipoteka yolu ilə kredit götürüb: “Banka qrafik üzrə 8 min 570 manat ödədim. Biznesimin inkişafı devalvasiya dövrünə düşdü, müflis oldum. ”Xalq bank" həmin dövrdə Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. Bankın iddiasına hakim Raqib Qurbanovun sədrliyi ilə baxıldı. Məhkəmə qərarını qohumlarımın köməkliyi nəticəsində icra edə bildim. 38 min 806 manat 5 qəpik “Xalq bank”a olan borcumu Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Elgiz Abduləzim oğlu Qəmbərova ödədim. İcra məmuru pulu bankın kassasına tam şəkildə ödədi, bizə bu haqda qəbz verdi. 10-15 gün keçdikdən kreditin təminatı olan evimizin çıxarışını da qaytarıb verdilər. Bank pulun ödəndiyini evin çıxarışını girovdan azad edib qaytarmaqla təsdiq etmiş oldu".

Vətəndaş deyir ki, bundan sonra bank yenidən eyni məbləği ondan almaq üçün hərəkətə keçib: “Baş verənlər mənim səhhətimə olduqca ağır təsir edib. Ailəliyəm, 2 övladım var, ürək-damar xəstəliyindən əziyyət çəkən insanam. Ailənin yeganə qazanc mənbəyi biznesim idi. Müflis oldum, ailəm ağır duruma düşdü. Bu tərəfdən də ”Xalq bank" eyni məbləği məndən 2-ci dəfə almağa çalışır, təmizlik kağızını vermir. Hakim Raqib Qurbanov isə öz növbəsində çıxardığı qərarı ləğv edib, mənim həyatımı alt-üst edib. Bu günə qədər bir çox instansiyalara müraciət etmişəm. “Xalq bank”ın özbaşınalığı, mənə qanunsuz şəkildə əzab-əziyyət verməsi heç də yaxşı bitməyəcək. Bu günə qədər bankların qanunsuz iddialarına görə bir neçə insanlar həyatına son qoyub, bunlardan biridə mən ola bilərəm. Xahiş edirəm ki, “Xalq bank”ın mənə qarşı qanunsuzluqlarına qarşı tədbirlər görülsün".

Daha sonra musavat onu da qeyd edib ki,vətəndaş təqdim etdiyi məhkəmə qərarları ilə də təsdiqlənir ki, o, banka borcunu qaytarıb. Belə bir halda bankı hansı əsasla vətəndaşdan eyni borcu 2-ci dəfə tələb etməsi anlaşılmır.

“Xalq bank” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR