18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda ölüyə çağırış vərəqəsi göndərildi
Şamaxı rayonun Avaxıl kəndində 8 il əvvəl dünyasını dəyişmiş şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırış gəlib. Həmin şəxsin yaxınları çaş-baş qalıb.
Emtv.az yerli mətbuata istinadla xəbər verir ki, ölmüş şəxsə tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib.
Şamaxı rayonunun Avaxıl kəndində yaşamış və 2011-ci ildə dunyasını dəyişmiş İbrahimov Rauf Ötərxan oğlunun adına təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Raufun böyük qardaşı Nüsrət İbrahimov deyir ki, onun balaca qardaşı 8 il əvvəl 24 yaşında xəstəlikdən dunyasını dəyişib.
Nüsrət bu hadisənin onların ailəsində pis təəssürat yaratdığını bildirib. O, belə səhvlərin təkrarlanmamasını tələb edir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsindən bildirilib ki, hərbi vəzifəli və çağırışçıların ad-soyadlarında, vətəndaşlıq vəziyyətlərində, eləcə də ölümü hallarında onlara 7 gün müddətində məlumat verilməlidir. Lakin onlara belə bir sənəd təqdim olunmadığına görə Şamaxı rayonun Avaxıl kəndində yaşamış Rauf İsgəndərova ölümündən sonra təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Yerli icra orqanlarının verdiyi məlumata görə isə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə Rauf İsgəndərovun ölümü haqqında şəhadətnaməsi təqdim olunub.
Nəzrin Abbaszadə
Emtv.az