17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Arzu Rəhimovun Lənkərandakı adamı haqda iddialar...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hələdə arzuolunmaz olaylar baş verir.
Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-lərə daxil olan məlumatlarda bildirilir.
Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində gənclərin saxta yollarla hərbi xidmətdən yayınması və digər maxinasiyalar qeyd etdiklərimizə əyani sübütdür. Məmbəmizin Lənkərandan verdiyi məlumatlara görə səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Tural Məmmədov vəzifə səlahiyyətlərini kobud şəkildə aşıb.
Məhz şöbə rəisin razılığından sonra 1999-cu il təvəllüdlü iki gənc(adları şərtidir. Lazımı qrumlara təqdim olunacaq) hərbi xidmətdən yayınıb. Təbii ki, bəzi xəstəliklərdən gəlir mənbəyi kimi istifadə etmək və gənclərimizi “yararsız” edib pullar qazanmaq əlbətdə ki, bir növ dövlətə qarşı çıxma və eyni zamanda vətənə xəyanətdir. Müharibə şəraitində yaşayan ölkə gənclərini vətənpərvərliyə cəlb etmək və bu mövzü haqqında təbliğat aparmaq əvəzinə şöbə rəisi T. Məmmədov öz şəxsi maraqlarını güdür.
Bir faktı nəzərinizə çatdıraq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qeyd etdiklərimizdən məlumatsızdırsa deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Yox, əgər məlumatı varsa deməli bütün korrupsiyanın sifarişçisi özüdür. Əlbətdə ki, bu istiqamətdə araşdırmalarımız davam edir.
Lakin Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Tural Məmməd məsələyə münasibət bildirdikdən sonra gənclərin kimliyi haqda məlumat veriləcək.
Daha sonra dosye.org onu da qeyd edib ki,məsələ ilə bağlı aidiyyətli qurumlara rəsmi məktub ünvanlanacaq.
Qarşı tərəfin çövqeyini dərc etməyə hazırıq.
Aysu Əliyeva
Emtv.az