17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTO
“Facebook” sosial şəbəkəsində Azərbaycan bayrağına zibil büküldüyünü əks etdirən görüntülər yayılıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, fotolar qısa zamanda geniş müzakirələrə səbəb olub.
Hadisənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində baş verdiyi bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən yerli mətbuatın sorğusuna cavab olaraq qeyd edilib ki, bu günlərdə sosial şəbəkədə Azərbaycan Bayrağına hörmətsizliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində çəkildiyi iddia edilən fotoşəkil paylaşılıb:
“Bəzi xəbər saytları isə məsələni araşdırmadan öz səhifələrində bu mövzu ilə bağlı məlumat yerləşdiriblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti harada, hansı ünvanda baş verməsindən asılı olmayaraq, Azərbaycan bayrağına edilən hörmətsizliyi kəskin pisləyir. Xidmətin şəxsi heyəti Azərbaycanın dövlət atributlarını müqəddəs bilir və onlardan istifadə qaydaları barədə qanunvericiliyin tələblərinə tamamilə riayət edir.
Bununla belə, qeyd edilən məsələ Xidmət tərəfindən tam nəzarətə götürülməklə ciddi araşdırılır. Əgər iddia edildiyi kimi, bu hal Xidmətin müvafiq struktur bölməsində baş veribsə, cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə bir həssas məsələdən sui-istifadə etməklə dövlət qurumunun ümumi fəaliyyəti barədə ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən təəssüfünü ifadə edir”, - deyə xidmətdən qeyd edilib.
Nəzrin Abbaszadə
Emtv.az