18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Dubayın 3 şeyxi eyni gündə evləndi
Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və Dubayın idarəçisi şeyx Məhəmməd ben Rəşid Al Maktumun 3 oğlu eyni gündə nikah kəsdirib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, onlar seçib-sevdikləri xanımlarla mayın 15-də münasibətlərini rəsmiləşdiriblər. Dövlət idarəsinin mətbuat katibi də məsələni təsdiqləyib. Onların üçünün də anası Hind bint Maktum bin Cumadır.
Dubai Media Office-in xəbərinə görə, Dubayın 36 yaşlı varisi Hamdan ben Məhəmməd Al Maktum şahzadə Şeyx ben Rəşidə Al Maktumla ailə qurub.
Dubay hökmdarının müavini olan 35 yaşlı şeyx Maktum bin Məhəmməd şahzadə Məryəm bent Buti Al Maktumi ilə nikah bağlayıb.
İnformasiya Fondunun sədri 32 yaşlı Məhəmməd ben Rəşid Al Maktum isə şahzadə Midiya bunt Dalmuc Al Maktumla ailə qurub.
Hər üç subay şeyxin islam qaydalarına uyğun olan nnikahı eyni gündə baş tutub. Rəsmi toy şənliyi isə bir müddət sonra keçiriləcək.
Sevinc Əlimova
Emtv.az