18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şeyx Birləşmiş Ərəb Əmirliklərinə getdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.
Emtv.az QMİ-nin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, səfər BƏƏ prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə həyata keçirilir.
A.Paşazadə fevralın 4-nə kimi Əbu Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edəcək.
Foruma Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri qatılacaqlar.
Forum çərçivəsində A.Paşazadənin mötəbər qonaqlarla görüşləri və çıxışı nəzərdə tutulur.
Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə olunacaq.
Nəzrin Abbaszadə
Emtv.az