18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Kral rusiyalı gözəllə evləndi
"Barvikha Concert Hall"da 49 yaşlı Malayziya kralı Məhəmmədin toyu olub.
Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, o, 25 yaşlı rusiyalı model Oksana Voevodina ilə ailə qurub. "Miss Moskva 2015" gözəli olan Oksana toyunda ağ gəlinlik, bəy isə Malayziyanın milli libasını geyinib.
Toyda spirtli içki verilməsi qadağan edilib. Qonaqlara isə yalnız halal məhsullardan olan yeməklər təqdim olunub. Toydan fotolar sosial şəbəkədə yayılıb.
Malayziya KİV-nin yaydığı xəbərə görə, Oksana yarım il əvvəl müsəlmanlığı qəbul edib və adını dəyişərək Rihana qoyub. Toydan sonra o, şahzadə titulunu ala bilməyəcək. Çünki tac yalnız əslən Malayziyadan olan birinə verilir. Bundan əvvəl Məhəmməd V kral ailəsinin üzvlərindən biri ilə ailəli olub. 2008-ci ildə o, boşanıb.
Aysu Aliyeva
Emtv.az
Paylaş.