18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda müəlliməni fotoları ilə şantaj etdilər - TƏFƏRRÜAT
Bakıda məktəb müəlliməsini şantaj edərək ondan pul alan şəxs barəsində verilmiş hökmdən Ali Məhkəməyə şikyət edib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək 5 müddətinə azadlıqdan məhrum edilən Zalov Yaqub Nazimoviçin apelyasiya instansiyasına şikayəti təmin edilməyib. O, işə yenidən baxılması və barəsindəki hökmün dəyişdirilməsi üçün bu dəfə Ali Məhkəməyə üz tutub.
İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Yaqub Zalovla birgə Səkinə Hümbətova da məhkəmədə təqsirləndirilib və onu barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.
İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Bəstixanım Rəhmanova (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağını, onun fotolarını paylaşacağını bildirərək onu hədələyib vəq qadından 5100 manat alıb.
Bir müddət sonar Suraxanı rayonunun Hövsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin cinayət işi açılıb və ittiham elan edilib.
Zərərçəkmiş qadın Bakı şəhərində məktəblərin birində müəllimə işləyir.
Aynurə Kərimova
Emtv.az