18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Maral Tahirqızının şikayəti təmin olunmadı
Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinərək həbs edilən Maral Tahirqızı məhkəmə qərarından kasasiya şikayəti verib.
Emtv.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
Məlumata görə, Maral Tahirqizi Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb.
Xətai Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Maral Tahirqizi apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Bu qərardan narazı qalan Maral Tahirqızının şikayəti bir neçə gün əvvəl Ali Məhkəməyə daxil olub. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Maral Tahirqızının şikayəti hakim İlham Cəfərovun icraatına verilib. Yaxın günlərdə onun şikayətinə baxılacaq gün məlum olacaq.
Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub.
Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Emtv.az/Aysu Əliyeva