SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda gənc oğlan evli qadınla cinsi əlaqəyə girdi, onun videosunu çəkib, şantaj etdi - Təfərrüat

11-07-2017, 14:56 | Oxunub: 11 794 |

Bakıda gənc oğlan evli qadınla cinsi əlaqəyə girdi, onun videosunu çəkib, şantaj etdi - Təfərrüat
Xırdalanda cinsi əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1989-cu il təvəllüdlü Roland Abdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Roland Abdıyev "Onlar.az” internet saytında Aysu Babayeva (ad və soyad şərti verilib – red.) tanış olub. O, Aysu ilə özünün kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "AFF park” yaşayış kompleksinin yaxınlığında yerləşən fərdi evdə görüşüb.

Cinsi əlaqədə oldu, videoya çəkdi, şantaj etdi

Roland Abdıyev Aysu Babayeva ilə orada cinsi əlaqədə olub və cinsi əlaqədə olduğu həmin prosesi özünə məxsus mobil telefonun videokamerası vasitəsilə çəkib.

Videoçəkilişlə müşayiət olunan cinsi əlaqədən bir müddət sonra, yəni 2014-cü ilin noyabr ayında Roland Abdıyev Aysu Babayeva ilə mobil telefonda danışıb.

Bu zaman o, Aysu Babayevanı haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafık xarakterli həmin videogörüntüləri onun ərinə göndərəcəyi və sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, Aysudan 50 manat verməsini hədə-qorxu ilə tələb edib.

Ərli qadın görüşdüyü oğlana niyə pul verib?

Aysu Babayeva tələb olunan məbləğdə pulu Roland Abdıyevə verməyəcəyi halda, sonuncunun onunla cinsi münasibətdə olarkən çəkdiyi pornoqrafık xarakterli videogörüntünü həqiqətən onun ərinə göndərəcəyindən və sosial şəbəkələrdə yayacağından qorxub. O, həmin tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Sentralniy” adlanan yerdə Roland Abdıyevlə görüşüb və 50 manatı ona verib.

Növbəti şantaj

Bundan bir ay sonra o, Aysu Babayevanı yenidən şantaj etməyə başlayıb. Həmin ilin dekabrında Roland Abdıyev Aysu Babayevanı yenidən şantaj edib və 100 manat istəyib.

Bundan qorxuya düşən Aysu Babayeva əvvəlki görüşdüyü yerdə Roland Abdıyevlə yenidən görüşüb və tələb olunan 100 manatı ona verib.

Köhnə tanışlar bir ildən sonra rastlaşdılar

Roland Abdıyev bu pulu alandan sonra bir il Aysu Babayevanı şantaj etməyib. Buna səbəb isə onların rastlaşmaması olub. 2015-ci ilin noyabr ayının əvvəllərində Aysu Babayeva sosial şəbəkələrin birində yenidən Rolandla rastlaşıb.

Bir qədər danışadan sonra Roland Abdıyev həmin qadının Aysu Babayeva olduğunu bilib. O, Aysu Babayevanı aldadaraq görüşə çağırıb və bu zaman köhnə tanışalar yenidən üz-üzə gəliblər.


100 manatlıq şantaj

Bu zaman Roland Abdıyev bir il əvvəl onunla cinsi əlaqədə olduğunu həmin zaman video çəkiliş etdiyini, həmin çəkilişi özündə saxladığını deyib.


Roland Abdıyev qadından hədə-qorxu yolu ilə növbəti dəfə 100 manat verməsini tələb edib. Əks halda cinsi əlaqədə olduqları zaman çəkdiyi videonu ərinə göndərəcəyini, həmçinin sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Şikayət və əməliyyat

Roland Abdıyevin şantajlarından bezən Aysu Babayeva Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. O, baş verənlər barədə məlumat verib.

6 noyabr 2015-ci il tarixdə, saat 13 radələrində Aysu Babayevanın müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Əməliyyat zamanı Roland Abdıyev seriya və nömrələri əvvəlcədən protokollaşdırılmış A63782886 seriya və nömrəli bir ədəd 100 manatlıq pul əsginasını Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 51 ünvanda yerləşən "Çudo Peçka” şirniyyat evinin qarşısında Aysu Babayevadan alarkən yaxalanıb.

Ərli qadını şantaj edənə güzəşt edildi

Roland Abdıyev Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, şikayətində əməlinin Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinin tövsüf edilməsini və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəzasının şərti hesab edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib və onun cəzası 5 ilə qədər endirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR