17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Heç olmasa bu günümdə yanımda olsun” - Gözü yolda qalan Türkanın xəstəxanadan GÖRÜNTÜLƏRİ
"Show news" verilişinin növbəti müsahibi müğənni Türkan Vəlizadə olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ötən gün əməliyyat olunan müğənni səhhəti ilə bağlı özü məlumat verib:
"Çiynimdə və qolumda olan millər çıxarılıb deyə tam qalxa bilmirəm. Uzanmaqdan belim və böyrəklərim ağrıyır. Ayağım da çox şişib, qaldıra bilmirəm. Bəlkə bir tərəfim olsaydı, ora güc salıb ayağa qalxa bilərdim. Amma sağdan bir qolum, soldan da ayağımdır. Ona görə güc salıb dura bilmirəm. Çiynimdəki mili çıxarıblar deyə damarın dartılır, məni çox pis incidir. Nə sağa, nə də sola çevrilə bilmirəm".
Daha sonra ifaçı, Pərviz Bülbülənin hələ ki, onu ziyarət etmədiyini deyib:
"Pərviz gəlməyib. Deyilənə görə, deyəsən şəhərdə yoxdur. Əlaqə saxlaya bilməmişəm. Amma xəbər göndərib ki, gələcək. Çünki mən ötən gün gecə əməliyyat olmuşam. Hələ indi-indi özümə gəlirəm, amma tam olaraq ayılmamışam".
Sonda Türkan Vəlizadə, adını çəkmədiyi amma yolunu gözlədiyi şəxsə səslənib:
"Bəlkə də gələr. Maddi baxımdan imkanım olmasaydı, əlbəttə ki, əməliyyata girməzdim. Mənə mənəvi dəstək olmaq lazım idi. Adını demiyəcəm. O insandan umuram ki, sən burada olmalısam. Heç olmasa bu gündə yanımda ol. Mən səndən başqa heç nə istəmirəm".
Sevinc Əlimova
Emtv.az