18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elxan Şirinov Cabbar Musayevdən küsmə səbəbini açıqladı: "Maddiyyata aldandı"
"Saxtakarlıqdan uzaqsansa, yalan danışmırsan. Yaxşı insanın dostu çox olmalıdır. Amma indi bu deyim qüvvədə deyil. İndi maddiyat önə keçib, mənəviyyat üçüncü, dördüncü yerdədir. Bu yerdə də dostluqdan danışanlar yalançıdılar".
Bu sözləri müğənni Elxan Şirinov “5/5” verilişində deyib.
İfaçı "Düz danışansınız, yoxsa çox şeyi gizlədirsiniz" sualına belə cavab verib:
"Ürəyimdən keçən hissi bildirməyi bacarıram. Hər anın hökmünü qiymətləndirən birinin qorxusu olmaz. Başıma bir hadisə gəldi. Həmişə deyirəm, Allah, yaxşı ki, məni xəstələndirdin, stresləri mənə verdin. İndi dünyanı dərk edərək yaşayıram. Allah məni saxladı ki, yaşamalısan. 2005-ci ilə qədər kompleksli insan olmuşam. Amma indi yoxdur. Mütaliəm, oxuduğum kitablar tamam dəyişdi. Həyatdan asılı olmağı sevmirəm. Azadlığı xoşlayıram. Deyirlər, azad olmaq istəyirsənsə, arzularından əl çək. Mənim ailəm mənim qalamdır. Hər zaman bunu demişəm və ailəmi kənarda saxlayıram. Mahnılarımla irəliləmişəm. Həyatda kiməsə möhtac olmaq pis haldır".
E.Şirinov müğənni Cabbar Musayevlə aralarındakı qalmaqala da münasibət bildirib:
"Çox möhkəm dost idik. 2005-ci ildən sonra stress yaşadım, elə hiss edirdim ki, məndən ayrılmayacaq, yanımda olacaq. Amma çox pis oldum. Dünyanın maddiyyatına aldandı: Elxan getdi, öldü, toylarımızı kim aparacaq? Mənim ona çox köməkliyim olmuşdu. 1993-cü ildə mənim yanıma gələndə dedi ki, siyahıda 27-28 toyun var, məni nə edirsən. Birlikdə 2002-ci ilə qədər işlədik. İndi küsülü deyilik, üz-üzə gələndə görüşürük. Amma bir insandan qəlbim sınanda, üz çevirib gedirəm".
Emtv.az