SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir" - VİDEO

12-04-2017, 13:12 | Oxunub: 25 858 |

Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir" - VİDEO
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, özəl həyatının mətbuatda işıqlandırılması onu çox üzüb: “Bu, əvvəldən belə olub. Müğənninin hər bir addımı insanlar üçün maraqlı olub. Yəni elə bilirlər ki, müğənni adi insandan fərqlidir. Xeyr, bizim fərqliliyimiz odur ki, müğənniyik. Qaldı ki, şəxsi həyatımın mediada müzakirə olunmasına... Bunu bilərəkdən işıqlandıran 1-2 nəfər oldu. Mən son vaxtlar özüm də məəttəl qaldım. Yəni övlad dünyaya gətirən tək insan mən deyildim. Bir çox müğənnilərimiz ana oldu. Heç onlarda bu qədər müzakirə olmadı. Sadəcə, mən şəxsi həyatımı gizlətdikcə, bunlar açıqlamağa çalışdılar. Həyatımda gizlədiləcək heç bir şey yoxdur. Yoldaşım sizinlə də telefonda danışıb. Lazım gəlsə, çıxıb özü də açıqlama verər. Sadəcə o, sənət adamı deyil, sənətə də bağlılığı yoxdur. Niyə də çıxıb deməlidir? Bu xəbərlər çıxan zaman yoldaşım mənə çox dəstək oldu. Mən həmin ərəfələr çox əsəb keçirdim. Yoldaşımın mənə elə də pis münasibəti olmur. Sadəcə mənə deyir ki, sənətdəsən, bu şeylər olan şeydir. Sənətdəsənsə, bu şeyləri yaşamalısan”.

İfaçı onu da əlavə edib ki, bütün bunları öncədən sifariş edən şəxs olub: “Mənim şəxsi həyatım 1 ildir ki, müzakirə olunur. Amma ondan qabaq mənim simam tanınmırdı, yəni efirlərdə tanınmadan öncə mahnılarım tanınırdı, sevilirdi. Şəbnəm Tovuzlu olaraq “Sevənlər ölməz deyirdin” mahnım tanınırdı. Müğənnilər var ki, müəyyən bir məbləğ xərcləyir, simasını tanıdır, daha sonra mahnı çıxarır. Amma məndə belə olmadı. Mən xoşbəxtçilikdən heç mahnılara da o qədər pul xərcləməmişdim. O zamanlar Rusiyada yaşayırdım. Mahnım isə Azərbaycanda sevilirdi. Bütün bunların mətbuatda yazılmasını istərdim. Amma mənim şəxsi həyatımın müzakirə olunması bir sifariş idi. Çünki mən heç bir zaman istəməmişəm ki, mənim ailəm kənarda müzakirə olunsun. İstəmirəm bu cür gündəmi. İndi deyirlər ki, mən sənətimlə yox, şəxsi həyatımla gündəmə gəlmişəm. Yox, bu, belə deyil. Son 1 ildə mənim əsəblərimlə oynadılar. Sadəcə bilmək istəyirdilər ki, Şəbnəmin bu həyatda arxasında duran kimdir”.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR