SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Tez-tez evlilik təklifləri alıram" - Nigar Camal

2-03-2017, 11:54 | Oxunub: 16 222 |

"Tez-tez evlilik təklifləri alıram" - Nigar Camal
"Geyimimi özüm seçmişəm. Sinə dekolteli geyimlərdən sıxılmıram. Mən artıq neçə illərdi Londonda yaşayıram. Ora o qədər alışmışam ki... Belə şeylər orada normal qəbul edilir".

Bu sözləri "Eurovision 2011" qalibi Nigar Camal deyib. "Stalinin başı" filminin qala gecəsinə qatılan ifaçı sinə dekolteli libasından danışıb. O bildirib ki, bu cür libaslar geyinməkdən çəkinmir.

Londonda yaşayan müğənni Bakıya tez-tez gəlməsindən söz açıb:

"Həm işlərimiz çox olduğu üçün, həm də dostlarım, ailəm burada olduğuna görə gəlirəm. Fəaliyyətimi Londonda davam etdirmək niyyətim yoxdur. Birincisi İngiltərənin şou-biznesini bilsəydiniz sevməzdiniz. İkincisi də mən həmişə deyirəm ki, orada anayam. Övladlarım orada doğulub və təhsil alırlar. Bir şəhərdə çox qala bilmirəm. Gedib gəlmək artıq çətin deyil. Zaman keçdikcə insan hər şeyə öyrəşir. Övladlarım azərbaycan dilində zəif danışırlar, çünki ətrafları hər zaman ingiliscə danışdıqları üçün cavab da o dildə verilir".

N.Camal İngiltərədə tanınmadığını söyləyib:

"İngiltərə "Eurovision"a o qədər də meyilli deyil. İlk vaxtlar tanıyırdılar, amma o vaxtdan 6 il keçib.

Müğənni bu il ölkəmizi "Eurovision"da təmsil edəcək Diana Hacıyevadan da bəhs edib:

"Diana düşünürəm ki, digər iştirakçılardan tam fərqlidir. Məncə maraqlı olacaq, çünki eyni stildə ifa edən müğənniləri göndərsək doğru olmaz".

Nigar şəxsi həyatı ilə bağlı suallara belə cavab verib:

"Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Buna düzgün baxmıram. Şəxsi deyiriksə, deməli gizlilik olmalıdır. Həyatımda heç kim yoxdur. Lazımsız birinə vaxtımı boş-boşuna sərf etməkdənsə, yalnız qalmaq daha yaxşıdır. Yenidən ailə qurmağı düşünmürəm. Amma evlilik təklifləri alıram. Qarşıma sevdiyim biri çıxsa, bu barədə düşünərəm".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR