17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA
Emtv.az xəbər verir ki, Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq Daxili İşlər Naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda korrupsiya ilə ciddi mübarizə aparır, bu və ya digər formada qanunsuzluğa, rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verənləri dərhal məsuliyyətə cəlb edir. Görünən odur ki, DİN-dəki bəzi vəzifə sahibləri prosesin ciddiliyini nəzərə almırlar və yaxud kimlərəsə güvənərək nazirin prinsiplərini kobud şəkildə pozurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi YNH Dair İşlər Üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Şahin Osmanov da ölkə rəhbərliyinin və nazirin bu tələblərini pozaraq 7 ay öncə qəzada əslində zərərçəkən tərəf olan 3 azyaşlı uşaq atası Abbasov Sübhi Mübariz oğlunu həbs etdirmək istəyir. Bu barədə saytımıza zərərçəkən özü məlumat verib.
Məsələ burasındadır ki, 7 ay öncə 17 oktyabr 2018-ci il tarixdə Tərtər-Bərdə istiqamətində hərəkət edən 90 JZ 505 qeydiyyat nişanlı Hyundai H100 markalı yük avtomobili ilə 90 MT 295 qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobillə toqquşur. Daha dəqiq desək saatda 170 surətlə hərəkət edən VAZ 21015 markalı avtomobil (red. şahidlərin dediyinə görə qarşıdakı VAZ 21 07 markalı avtomobillə yarışırmış)Hyundai H100 markalı yük avtomobilinə çathaçatda (red. təxminən 1-2 metr qalmış) hərəkəti itirir və qarşı yola çıxaraq saatda 61 surətlə hərəkət edən yük avtomobilinə çırpılır: "Mən və iş yoldaşım hər zaman olduğu kimi iş başında idik. Saatda 61km surətlə hərəkət edirdik.
Heç bir qayda, qanun pozuntusu olmadan Hyundai H100 markalı yük avtomobili ilə mal aparırdıq. Xöşbəxtlikdən həmin vaxt arxamda polis avtomobili də gəlirdi (red. səhv etmirəmsə nömrəsi 989 idi, adı da Elnur). Təxminən saat 13:00 idi, qarşıdan VAZ 21 07 avtomobil, arxasında isə VAZ 21015 markalı avtomobil gəlirdi. VAZ 21015 markalı avtomobil mənə çatmağa 1-2 metr qalmış idarəetməni itirdi və saatda 170 surətlə hərəkət edərək idarə etdiyim maşına çırpıldı. Arxamca gələn polis avtomobili video qeydiyyat apardı, elə yerindəcə mənə dedi ki, sənlik bir şey yoxdur. VAZ 21015 markalı avtomobilin sürücüsü xəstəxanada vəfat etdi. Həmin an təbii olaraq şok effekti yaşayırdım.
Amma yanımdakılar deyirdilər ki, VAZ 21015-nin spidometri elə 160-ın üzərində qalıb, ayağı isə qazda. Allah rəhmət eləsin, amma adam son anadək əyləci basmayıb. Sonradan təxminən bildim ki, avtomobili yeni alıb, tam peşəkar deyilmiş. İş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi YNH Dair İşlər Üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Şahin Osmanovun nəzarətinə verildi. Şahin Osmanov elə ilk gün məndən 10000 manat pul istədi. Dedi ki, bilirəm sənlik bir şey yoxdur. Amma belə hadisələrdə pul verilməsə problem yaşanır, hətta səni günahkar da çıxarda bilərik. Daha sonra Şahin Osmanova mövcud ağır durumumu dedim. Dedim ki, 3 azyaşlı uşağım var, evim-eşiyim yox, ayda 320 manat maaşla ailəmi zorla dolandırıram. Ən əsası isə mənim heç bir günahım yoxdur.
O maşın mənə dəyməsəydi, arxadakı polis maşınına çırpılacaqdır. Şahin Osmanov isə tək olmadığı, əslində rüşvətin bir qisminin Ədliyyə ekspertizasına çatacağını, bir qisminin isə Prokurorluğa veriləcəyini dedi. Mən isə öz növbəmdə dedim ki, gücüm 1000-1500 manata çatır. Onu da bir müddətə borc-xərc edib toplaya bilərəm. Şahin Osmanov sonra işlədiyim şirkətin əməkdaşı ilə danışdı, ondan da 5000 azn istədi. Şirkət isə bu tələbdən imtina etdi. Hadisədən 7 ay keçib, müstəntiq son dəfə məni çağıraraq "get borc-xərc tap gətir, yoxsa bütün günahı sənin boynuna yükləyəcəm” deyərək hədə-qorxu gəldi. Nə rəhmətliklə yarışan tapılmır, nə qan analizi, dərin ekspertiza aparılmır, adam rəhmətə gedən kimi dərhal dəf edilib. Məndən arxada gələn polis avtomobili isə VİDEOQEYDİYYAT edib, mən, dostum, vəkilim, qardaşım dəfələrlə Şahin Osmanovun mobil telefonunda videoya baxmışıq. Amma o videonu istəyəndə deyirdi istintaq başa çatsın sonra verəcəm. İndi adam qərar çıxarıb, məhkəməyə vəsadət qaldırıb.
Saatda 61 km sürətlə öz yolumla gedə-gedə 2 metr qalmış saatda 170 km sürətlə hərəkət edən avotomobil qarşıma çıxıb və məni vurub. İş yoldaşıma xəsarət yetirib. Şahin Osmanov isə qərarda bütün günahı mənim üstümə yazıb. Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə məni ittiham edib. Maddədə deyilir ki, nəzərdə tutulmuş əməllərehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu azmış ki, şirkətə dəyən avtomobilin təmirini və iş yoldaşımın xəsarətini də mənim belimə yazıb (red. qərar əlavə edilib).
Mən Şahin Osmanovdan videonu istədim, dedim vəkilə, ekspertlərə, jurnalist qardaşıma göstərəcəm. 1 həftədir deyir verəcəm, indi də deyir ki, başqa telefonumda idi, kart yanıb. Sonra dedi flash carda atmışdım, o da açmır. Ayıb deyilmi? Mənim günahım nədir axı? Saatda 61 km surətlə hərəkət etməyim, yoxsa təhlükəsizlik kəmərimi taxmağım, yoxsa öz yolumla getməyim? Mən nə bilim ki, qarşıdan gələn avtomobil 2 metr qalmış 170 km surətlə mənim yoluma çıxacaq və qəza edəcək? Ölən cavan oğlana Allahdan rəhmət diləyirəm. Bildiyim qədəri ilə proses başa çatmamış maddi sübutları məhv etməyin özü də cinayətdir.
Bu hadisədə ən böyük zərər çəkən mənəm. Neçə aydır işləyə bilmirəm, uşaqların qidasını borc-xərclə qarşılayıram. Vallah əgər mən 10000 manat tapmaq gücünə malik idimsə elə ilk gündən verərdim, təki 3 balam, işləməyən həyat yoldaşım kiminsə ümidinə qalmasın. Mənim atam yox, atam yox, günahım olmaya-olmaya həbsə girsəm kim baxacaq mənim uşaqlarıma? Bu çox ciddi məsələdir, Şahin Osmanovun qərarını görən hər kəs şoka düşür, dəhşətə gəlir. Bu boyda da özbaşınalıq olarmı? Məsələ ilə bağlı Cənab Prezidentə, Daxili İşlər Nazirinə, Ədliyyə Nazirinə müraciət edəcəm. Mən ziyalı ailəsində doğulmuşam, dövlətimə, dövlətçiliyə qəlbən bağlı bir insanam. Bilirəm ki, o 10000 min manata bu insanların ehtiyacı yoxdur, onların adı sadəcə hədə-qorxu üçün hallandırılır. Bu sadəcə Şahin Osmanovun öz "təşəbbüsüdür”. Məsələni ictimailəşdirmək istəmirdim. Çünki qardaşım tanınmış jurnalist, Gənclər Təşkilatı rəhbəri, YAP-ın üzvüdür. Düşünürdüm onun işinə xələl gələ bilər. Ona görə 7 ay sadəcə susdum. Amma görürəm vəziyyət ciddidir. Prezident İlham Əliyev islahat deyəndə həm də belə rüşvətxor məmurların da vəzifədən alınmasını nəzərdə tuturdu. Mən sadəcə Ulu Öndər heydər Əliyevin əsasını qoyduğu Azərbaycan Məhkəməsinin, Tərtər Məhkəməsinin ədalətinə sığınıram”.
Daha sonra teref.az onu da qeyd edib ki, Sübhi Abbasov tanınmış jurnalist, internet-media ekspert Səbuhi Abbasovun qardaşıdır.
Sevinc Əlimova
Emtv.az