Piyadanın ölümünə səbəb olan sürücü həbs edildi - RƏSMİ
25-08-2017, 13:57 | Oxunub: 10 045 |
Avqustun 20-də saat 11 radələrində Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Nəriman Nərimanlının idarə etdiyi VAZ-21154 markalı 90 NN 695 dövlət qeydiyyat nişanlı avtomobillə Malik Əliyevin idarə etdiyi VAZ-21061 markalı 32 BC 306 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra VAZ-21154 markalı avtomobil yolun kənarında dayanmış piyadalar Sərvər Məmmədov, Aygün Səmədova və Ağapəri Məmmədovanı vurub.Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində A.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər piyadalar isə müxtəlif dərəcəli xəsarətlərlə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hadisə yerinə baxış keçirilməklə sxem tərtib olunub, fotoşəkillər çəkilib, məhkəmə tibbi, kompleks məhkəmə-trassoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, hadisənin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əldə olunaraq cinayət işinə əlavə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.N.Nərimanlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.Emtv.az
OXŞAR XƏBƏRLƏR