18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sərxoş sürücü ağır qəza törətdi – Avtomobil beton çəpər və ağaca çırpıldı (Video)
Bakıda sərxoş sürücü qəza törədib.
Emtv.az xəbər verir ki, hadisə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
Paytaxt sakini Şahin Qasımov “Hyundai” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks yola çıxıb və bu zaman maşın qarşı zolaqla irəliləyən, 26 yaşlı Babək Paşayevin sükanı arxasında olduğu “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Toqquşmadan sonra “Hyundai” beton çəpərə dəyib və deformasiyaya uğrayıb. “Mercedes”in isə arxa təkərləri çıxıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb.
Onun sürücüsü Babək Paşayev və 26 yaşlı sərnişini Paşa Rzayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Şahin Qasımov üz nahiyəsindən yüngül xəsarətlər aldığından ona təcili yardım xidməti tərəfindən ilkin yardım göstərilib.
Yol polisi və Post Patrul xidmətlərinin əməkdaşları hadisə yerinə cəlb olunublar. İlkin araşdırma zamanı, Şahin Qasımovun avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Emtv.az