18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Keçmiş məhkum Bakıda qızın boğazına bıçaq dirəyib qaçırdı
Paytaxtın Binəqədi rayonunda keçmiş məhbus qız oğurlayıb.
Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət mayın 11-də Binəqədi rayonunda qeydə alınıb.
22 yaşlı A.Təhməzova 7-ci polis bölməsinə müraciət edərək, rəfiqəsi Muradova İlkanə Ədalət qızının evin qarşısında gözləri önündə oğurlandığını bildirib.
Şikayətçinin dediyinə görə, Ayaz adlı şəxs İ.Muradovanın boğazına bıçaq dirəyərək, onu naməlum istiqamətdə aparıb.
Araşdırma nəticəsində əməliyyatçılar adam oğrusunun kimliyini müəyyənləşdirib. Onun 37 yaşlı Siyəzən rayon sakini Sultanlı Ayaz Hafiq oğlu olduğu bildirilir.
Şübhəlinin buna qədər sağlamlığa yüngül dərəcəli xəsarət yetirmə və əmlaka qəsdən ziyan vurma ilə bağlı məhkumluğu olub.
Hazırda polis əməkdaşları cinayətkarın və zərərçəkənin olduğu yeri müəyyən etməyə çalışır.
Cinayətin motivləri hələlik məlum deyil.
Nəzrin Abbaszadə
Emtv.az