18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda 13 yaşlı oğlan “Oba” marketə silahlı hücum etdi
Paytaxtda "Oba" şəbəkəsinə aid marketə qarət məqsədilə silahlı hücum olub.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, aprelin 1-də naməlum şəxs mağazaya basqın edərək, əlində olan soyuq silahla 33 yaşlı kassir Mahirə Əhmədovanı təhdid edib, kassa aparatında olan 205 manat pulu oğurlayıb.
İnsidenti araşdıran Yasamal rayonunun 28-ci polis bölməsinin əməkdaşları şübhəlinin izini tapıb. Cinayətkar 13 yaşlı Mingəçevir şəhər sakini Murad Mustafayevdir.
Daha bir qarət ötən günlərdə Səbail rayonu ərazisində, Saylan şosesinin yanındakı parkda baş verib. İki naməlum şəxs 36 yaşlı Ağcabədi sakini Rüstəmov Pərviz Rizvan oğlunun boğazına bıçaq dirəyərək, ondan pul istəyib. Rüstəmovun üzərində pul olmadığından onu döyərək, hadisə yerindən qaçıblar.
Hazırda Səbail rayonunun 8-ci bölməsinin əməkdaşları cinayətkarların yaxalanması istiqamətində iş aparır.
Qeyd edək ki, mart ayı ərzində paytaxt ərazisində ümumilikdə altı silahlı qarət qeydə alınıb.
Aysu Əliyeva
Emtv.az