17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YEZNƏSİNİ GÜLLƏLƏYƏN ŞƏXS TUTULDU
Bakının Binəqədi rayonunda yeznəsini güllələyən şəxs saxlanılıb.
"EMTV.az" xəbər verir ki, bu barədə məlumatı Binəqədi Rayon Polis İdarəsindən verilib.
Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.
Məlumata görə, hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.
Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Artıq şübhəlinin yeri müəyyən edilib və tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb.