SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şəhid ailəsi də "Yasamal MTK"-nın qurbanıdır...

10-05-2019, 12:34 | Oxunub: 10 199 |

Şəhid ailəsi də "Yasamal MTK"-nın qurbanıdır...

Emtv.az xəbər verir ki,Qarabağ şəhidinin həyat yoldaşı Sevil Ağayeva 2009-cu ildə aldığı mənzilə hələ də köçə bilmir. Səbəb odur ki, onun aldığı mənzil özündən sonra daha iki nəfərə satılıb. Mənzilin satıldığı 3-cü şəxs mənzilin qapısının qıfılını dəyişərək şəhid xanımının evə daxil olmasına maneçilik törədir. Hazırda iş məhkəmədədir. Ancaq hüquqşünaslar deyirlər ki, mənzil ilk olaraq sevil ağayevaya satıldığı üçün qanuni üstünlük də məhz ondadır. İndi şəhid xanımı yeni günəşlidə 9 nəfərlik ailəsi ilə ikiotaqlı evdə qalır.

Aldığı mənzilə 10 ildir ki, köçə bilmir. Sevil Ağayeva 2009-cu ildə ''Yeni Yasamal'' MTK-nın Yasamal rayonu Xiyabani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan 2 otaqlı mənzil alıb. Sonra məlum olub ki, həmin mənzil ondan sonra daha 2 nəfərə satılıb.

Sevil Ağayeva deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Rayon və apelyasiya məhkəmələri xanımın xeyrinə qərar çıxarıb.

Sevil Ağayeva deyir ki, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olub. O, indi 3 övladı və onların ailəsi ilə Yeni Günəşlidə ikiotaqlı mənzildə yaşayır. Mənzil şəraitinin pis olduğunu deyən Sevil Ağayeva məsələnin ədalətli şəkildə həll edilərək mənzilin ona verilməsini istəyir.

Mənzilin 3-cü sahibi olan Eldar adlı şəxslə əlaqə saxladıq. O bildirdi ki, eyni mənzili 2015-ci ildə alıb və təmirə başlayıb. Mənzilin daha əvvəl 2 nəfərə satıldığını Yasamal rayon və Apelyasiya məhkəmələrinin qərarından sonra xəbər tutub. O da xanımı Ali Məhkəməyə verib.

Ali Məhkəmənin qərarından sonra mənzilin 3-cü sahibi qıfılı dəyişdirib.

Daha sonra dia.az onu da qeyd edib ki,Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov qeyd edib ki, Ali Məhkəmənin işi ləğv etməsi qadının xeyrinə yenidən qərar çıxarıla bilməyəcəyi anlamına gəlmir. Bundan əlavə, qadının alqı-satqı müqaviləsi daha köhnə tarixə aid olduğundan o, müəyyən üstünlüyə malikdir. ''Ali Məhkəmənin qərarından sonra mənzilin satıldığı 3-cü şəxsin qıfılı dəyişdiriməsi qanunauyğun deyil. Çünki mənzilin məhkəmədə mübahisə predmeti olması ona mənzilin sahibi kimi davranmaq haqqını vermir'',- deyə Xəyal Bəşirov vurğulayıb. Araşdırma zamanı məlum olub ki, sözügedən MTK belə fırıldaqçılıqla məşğul olurmuş. MTK sahibi dələduzluğa görə hazırda həbsdədir.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR