SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT ŞİRKƏTİNİN RƏHBƏRİ MAYAMİDƏ 2 DƏBDƏBƏLİ MƏNZİL ALDI - 5,5 milyona

24-06-2017, 11:48 | Oxunub: 10 912 |

DÖVLƏT ŞİRKƏTİNİN RƏHBƏRİ MAYAMİDƏ 2 DƏBDƏBƏLİ MƏNZİL ALDI - 5,5 milyona
Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” bildirir.

Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti “BOS Shelf” LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli “The Setai Condo Miami Beach” elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka 5.5 milyon dollar ödəyib.

“The Setai Condo Miami Beach” 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında “Setai Hotel” adlı dəbdəbəli otel də yerləşir.
Sayt xatırladır ki, Axundov “BOS Shelf” MMC-yə rəhbərlik edir, bu, Azərbaycanın dəniz neft-qaz platformaları yığan iri zavodudur.
İxtiyar Axundov həmin mənzilləri Ross Markettanın nəzarət etdiyi “Setai” LLC şirkətindən alıb. Şirkətin məlumatlarından görünür ki, Ross Marketta həmin mənzilləri 2004-cü ildə, bina təzəcə istifadəyə veriləndə inşaatçı şirkət “Setai Condo”-dan 1.5 milyon dollara almışdı. Mənzilin 3 yataq otağı var, sahəsi 1254 kvadrat-futdur. Mənzil hər kvadrat-futu 2336 dollardan satılıb. Bildirilir ki, ötən il mənzilin qiyməti bazarda 7.95 milyon dollar ölçüsündə idi. Mənzil ötən il daşınmaz əmlak agenti Duqlas Ellimandan 6.9 milyon dollara Eloy Karmeneyte keçib. İndi isə Axundov mənzili ilkin bazar qiymətindən təqribən 30 faiz ucuz alıb.

DÖVLƏT ŞİRKƏTİNİN RƏHBƏRİ MAYAMİDƏ 2 DƏBDƏBƏLİ MƏNZİL ALDI - 5,5 milyona
The Setai Condo Miami Beach

Lakin bu, İxtiyar Axundovun Mayamidə, həmin binada aldığı birinci mənzil deyil. Daşınmaz əmlak reyestrində yer alan məlumatlara görə İxtiyar Axundov “The Setai Condo Miami Beach” göydələninin 32-ci mərtəbəsində 1213 kvadrat metrlik daha bir mənzilin sahibidir. Həmin mənzilə o, 2015-ci ildə 3 milyon dollar ödəyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR