18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mənzilləri bir neçə nəfərə satmış iş adamı 11 ilini türmədə keçirəcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyüvin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Hacıyev “Əzizbəy -KM” MMC-nin direktoru olub. O, mənzilləri bir neçə nəfərə satmaqda təqdirləndirilərək həbs edilib.
MMC direktorundan Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət edib. S.Səmədova şirkətin direktoru A.Hacıyevə mənzil almaq üçün 36 min manat pul verib.
Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə “sahibi” var imiş. Eyni mənzil bir neçə adama satılıb.
Onu da əlavə edək ki, şirkətin A.Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilib. Belə ki, 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün həbs olunublar.
Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək, məhkəmənin hökmü ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
A.Hacıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Emtv.az