18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Özbəkistanda ilk azad, demokratik seçki keçirildi

Özbəkistanın Əndican vilayətinin Mərhəmət rayonunda ilk dəfə alternativ namizədlərin də qatıldığı azad, ədalətli məhəllə seçkiləri keçirilib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaşlar eksperiment qaydasında dörd məhəllənin ağsaqqalını (yerli idarəetmə orqanının rəhbəri) tamamilə azad və demokratik səsvermə yolu ilə seçiblər. Bu seçkilərin koordinatoru, uzun müddət Özbəkistanın Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Batır Parpiyev seçkiləri “şəffaf və demokratik” adlandırıb.
Mərhəmət rayonunun administrasiyasının əməkdaşı təsdiq edib ki, mayın 2-də dörd məhəllənin ağsaqqalı yeni metodla seçilib. Seçki komissiyasının sədri Tursunali Mamacanovun bildirdiyinə görə, seçkilər “Vətəndaş icmaları sədrlərinin (ağsaqqallarının) seçkisi haqda” qanun əsasında keçirilib. Həmin qanun 2018-ci ilin oktyabrında Özbəkistan prezidenti tərəfindən imzalanıb.![]()
Məhəllə ağsaqqalı seçkilərində iştirak edən sakinlərdən biri deyib ki, bu rayonda ilk dəfədir bu cür azad seçkilər keçirilir. Onun bildirdiyinə görə, belə məhəllələrdən birində 157 seçicidən 144-ü səsverməyə qatılıb. “Bu seçkilər bizim ölkəmizin tarixində ilk dəfə şəffaf keçib. Ötən seçkilərdə biz səsvermə hüquqlarımızdan yararlana bilmirdik. Bu seçkilər prezident Şövkət Mirziyayevin seçkilər sahəsində demokratik siyasətini bir daha təsdiq edir”-həmin sakin deyib.
Prezident Mirziyoyev bu ilin yanvarında selektor müşavirəsi zamanı bildirmişdi ki, bundan sonra Özbəkistanda azad seçkilər keçiriləcək və vətəndaşlar buna vərdiş etməlidir.
Nəzrin Abbaszadə
Emtv.az