SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ombudsman: Prezident seçkiləri Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib"

12-04-2018, 13:52 | Oxunub: 7 542 |

Ombudsman: Prezident seçkiləri Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib"
11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatının əməkdaşları, Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin nümayəndələri müstəqil müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən Cocuq Mərcanlıda, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində Prezident seçkilərini müşahidə ediblər.

Emtv.az xəbər verir ki, qurumdan trend-ə verilən məlumata görə, Ombudsman müstəqil müşahidəçi qismində paytaxtın rayonlarında bir sıra seçki dairələri üzrə çoxsaylı seçki məntəqələrində, o cümlədən Penitensiar Xidmətin qadınlar üçün cəzaçəkmə müəssisəsində, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunmuş məntəqələrdə səsvermə prosesini müşahidə edib. O, habelə yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş 36 saylı Xətai dördüncü dairə seçki komissiyasının inzibati binasında olub, komissiya sədri ilə görüşərək, seçkilərlə əlaqədar vəziyyəti və məlumatları öyrənib, burada işlərin lazımi qaydada davam etdiyini müşahidə edib.

Eyni zamanda Müvəkkil respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində bu prosesdə iştirak edən əməkdaşlarından hər saat məlumatları qəbul edərək seçki prosesi ilə bağlı vəziyyəti nəzarətdə saxlayıb.

Müşahidələr zamanı Ombudsman həm məntəqə seçki komissiyalarının üzvləri, həm də müşahidəçilər, seçicilərlə bilavasitə görüşüb və səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. E.Süleymanova nüfuzlu beynəlxalq qurumları təmsil edən müşahidəçilərlə də görüşərək onların təəssüratları ilə tanış olub. Görüşdüyü şəxslər, seçki prosesinin iştirakçıları seçkilərin əhalinin yüksək fəallığı ilə, nizam-intizamla, seçki qaydalarına uyğun keçirildiyini vurğulamış, heç bir nöqsan müşahidə etməmişlər.

Səsvermə günü Müvəkkil aparılan müşahidələrin nəticələrini ümumiləşdirib, MSK-nın Seçkilər İnformasiya Mərkəzinə gələrək KİV-lər vasitəsilə geniş ictimaiyyətin diqqətinə çatdırıb.

Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə Prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, o cümlədən əlilliyi olanlar üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Pozuntu halları, hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib.

Siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan müşahidəçilər nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər.

Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılmış, seçkilərin izlənilməsi üçün real şərait yaradılmışdır.

Ümumilikdə, müsbət təcrübənin davamı olaraq, Prezident seçkiləri Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı ilə, ədalətli, şəffaf həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR