18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezidentdən seçkilərlə bağlı hökumətə tapşırıq
“Prezident, parlament, bələdiyyə seçkiləri və refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər “.
Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: “Seçkilərin demokrati k və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar akeçmişdə qalıb”.
Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15i il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar”.
Emtv.az