SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?

3-05-2019, 11:58 | Oxunub: 10 550 |

ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?

Emtv.az xəbər verir ki,Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş “aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar.

Belə ki, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı. Lakin 2019-cu ilin birinci üç ayının maliyyə nəticələri göstərir ki, burada təsadüfi heç nə yoxdur. Ona görə ki, göstəricilər bankdakı geriləmənin daha da artdığını və dərinləşdiyini deməyə əsas verir.

2019-cu ilin 1-ci rübünə olan hesabata baxdıqda görürük ki, bankın cəmi aktivləri və cəmi öhdəlikləri kəskin şəkildə azalıb. “Bank Avrasiya”nın 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə cəmi aktivləri 6 mln. 869 min manat azalaraq 155 mln. 347 min manata enib. Bankın cəmi öhdəlikləri isə təxminən 9 milyon(8 mln. 697 min manat) həcmində azalıb və cəmi 91 mln. 305 min manat təşkil edib.

Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib.

Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. İstər-istəməz belə təəssürat yaranır ki, R.Aslanlı vəzifəsindən kənarlaşdırılandan və ətrafında yaranan müxtəlif qalmaqallardan sonra müştərilərin banka münasibətində mənfi mənada ciddi dəyişiklik baş verib. Çünki qısa müddətdə 9 milyon manatdan artıq depozitin geri çəkilməsini başqa səbəblə izah etmək olduqca çətindir.

“Bank Avrasiya” nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.

Qeyd edək ki, “Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.

Daha sonra azpolitika onu da qeyd edib ki, rəsmi olaraq, “Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır.

Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu və bu dövrü Aslanlının “çiçəklənmə” dövrü hesab etmək olar.

Hazırda isə sabiq məmurun taleyilə bağlı müəmma davam etməkdədir. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib.
ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?
ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?
ASLANLININ BANKINDAN 9 MİLYON “ÇƏKİBLƏR” – “Bank Avrasiya” “aradan çıxır”?

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR