17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bank Standard” ətrafında baş verənlər ucuz spekulyasiyadır” – Rüfət Aslanlı
“Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər”
“Bank Standard” QSC-nin ləğvetmə prosesi ətrafında baş verənlər proseslərə ucuz spekulyasiya adı qoymaq olar”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“Bilirik ki, “Bank Standard” müflis elan olunub və bu proses müvafiq qanunvericiliyə əsasən aparılır. Bununla yanaşı, mən hesab edirəm ki, proseslər beynəlxalq təcrübəyə əsaslanaraq və ən şəffaf qaydada həyata keçirilir. Müflisləşmə o deməkdir ki, müflis elan olunan təşkilatın, o cümlədən bankın bu proses zamanı əldə olunan aktivləri onun bütün öhdəliklərinin icrası üçün yetərli olmayacaq. “Bank Standard”ın aktivlərini qiymətləndirmək üçün tender keçirildi. Dünyanın hər yerində tanınan KPMG audit şirkəti bankın aktivlərinin ləğvetmə dəyərini qiymətləndirir. Eyni zamanda, “BM Morisson” hüquq şirkəti bankın öhdəliklərinin strukturunu müəyyən edib. Qiymətləndirmə zamanı müəyyən olunub ki, bankın aktivlərinin realizasiyasından daxil olan vəsaitlər ödəmə ardıcıllığı ilə birinci olan Əmanətlərin Sığortalanması Fondunun tələblərinin təxminən yarısını ödəyə bilir. Bu isə o deməkdir ki, yerdə qalan kreditorlara ləğvetmə prosesində olan bankın aktivlərinin realizasiyasından daxil olacaq vəsaitlər yetməyəcək. Bu, obyektiv reallıqdır və bunun ətrafında hər hansı spekulyasiyalara yol verməyə əsas yoxdur. Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər, bu məlumatlara açıqdırlar. Yalnız bank sirri olan məlumatlar üçüncü tərəflərə açıqlanmır”, – deyə o bildirib.
Qeyd edək ki, mayın 24-nə “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 346 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-i deməkdir.
Emtv.az