17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bank Standard”da qeyri-işlək kreditlərin həcmi 707 mln. manatdır
“Bank Standard” QSC-nin aktivlərinin ləğvedici tərəfindən qiymətləndirilməsi aparılıb. Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, kreditlər ilkin olaraq təsnifləşdirilib və qiymətləndirilib: “Cari ilin martın sonuna bankda 24 min krediti olub. Bu kreditlərin həcmi 747 mln. manatdır. İşlək kreditlər 40,5 mln. manat, bunların 33,3 mln. manatı təminatlı, qeyri-işlək kreditlər 707 mln. manat, bunun 271,2 mln. manatı təminatlıdır. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”, – deyə A.Cavadov bildirib.
Qeyd edək ki, bankın qiymətləndirilməsi KPMG beynəlxalq audit şirkəti tərəfindən aparılıb. KPMG-nin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimalı olunan likvid vəsait 112,3 mln. manatdır. Qiymətləndirməyə görə, bankda nağd vəsaitlərin həcmi 21 mln. manat, kreditlərdən daxilolma 112 mln. manatdır.
Emtv.az