SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Saatlının şefi yetimliklə böyüyən gənci körpəsi ilə ac-yalavac qoyub

2-05-2019, 14:19 | Oxunub: 10 994 |

Saatlının şefi yetimliklə böyüyən gənci körpəsi ilə ac-yalavac qoyub

Saatlının icra başçısı Siraqəddin Cabbarov arifə bir işarə ilə istənilən işsiz, kimsəsiz vətəndaşa kömək edə bilər. Rayon onun nəzarətindədir, hamı qarşısında təzim edir, tapşırığına boyun əyməyənin “boynu vurulur”.

Amma Saatlının Mikayıl Müşviq küçəsində yaşayan 24 yaşlı Vüsal Axundov 4 ildir ki, ona işlə təmin olunması üçün müraciət eləsə də, yola verilir.

Emtv.az xəbər verir ki,Sensasiya TV-yə danışan V.Axundovun dediyinə görə, yeni evlidir, 9 aylıq körpəsi var: “Mən valideynlərimi itirmişəm, qardaşım uşaq vaxtı dünyasını dəyişib. Tək-tənha, yetimçiliklə böyüyən adamam.

Hərbi xidmətdən qayıdandan sonra, yəni 2015-ci ildən bu günə kimi icra başçısından mənə iş verilməsini istəyirəm. Amma məni yola verir.

Rəhmətlik anamdan qalan aptekə borclarım var, onları ödəyə bilmirəm. Mənə normal il verilsə, ağır vəziyyətdən çıxmış olaram.

Nə iş, nə ev, nə sosial yardım verilir. Prezidentə, Mehriban xanıma məktublar yazıram, cavabda məni Məşğulluq Mərkəzinə yönəldirlər.

Məşğulluqdan isə ayda 110 manat maaşı olan iş təklif edilir. Bu pulla heç subay adam yaşaya bilməz. Başçının müavinləri təhdid edirlər.

Deyirlər ki, niyə yuxarı şikayət edirsən. Mən şikayət eləmirəm, iş istəyirəm. Başçı elə hey deyir ki, səbrli ol. Düz 4 ildir ki, səbr edirəm”.

V.Axundov nazir Sahil Babayevdən xahiş edir ki, onun işsizlik və sosial yardım məsələsinə baxılsın, köməklik olunsun. Saatlının icra başçısına gəlincə, onun biznes obyektlərində kifayət qədər iş var, birinə Vüsalı işə götürə bilər. Məsələn, Bakıdakı məşhur “Çeburaşka” apteki Saatlı icra başçısının müavini İlham Quliyevindir. Quliyev V.Axundova bir iş tapa, düzəldə bilərdi.

Daha sonra teref.az onu da qeyd edib ki,V.Axundov Saatlının deputatına, icra başçısına etdiyi müraciətlərdən artıq təngə gəlib. Ümidini itirən gənc ailə başçısı bildirir ki, dövlət rəhbərliyi və nazirlər onun dadına çata bilərlər.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR