Saatlı Rayon Sakini Yumdu Gözünü, Açdı Ağzını: "Cənab Prezident, Bu Haqsızlığı Allah da Götürməz, Göstəriş Verin Elə məni Yerimdəcə Güllələsinlər" - VİDEO-FOTOLAR
9-11-2018, 19:55 | Oxunub: 23 555 |
Saatlı rayon Sakini Prezident cənab İlham Əliyevə müraciət edib: Cənab Prezident Sizin bir göstərişiniz gərəkdir ki, ...
Emtv.az xəbər verir ki, Saatlı rayon Mollavəzli kənd sakini Həsənov İlyas Nəcəf oğlu Prezident cənab İlham Əliyevə müraciət edib.
Rayon sakini Həsənov İlyas Nəcəf oğlu Prezident cənab İlham Əliyevə göndərdiyi müraciətində, Saatlı rayon İcra hakimiyyətinin başcısı Cabbarov Siraqəddin Nəcəf oğluna, başçının birinci müavini Quliyev İlham Novruz oğluna, başçının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səmədli Gündüz Bəxtiyar oğluna, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ocaqova Reyhan Nurəddin qızına və başçının köməkçisi Əsədov Zaur Fərhad oğluna qarşı etirazını belə bildirib.
Cənab Preziden!
Mən Həsənov İlyas Nəcəf oğlu 1968-ci ildə anadan olmuşam və iki qız övladı atasıyam.
Bildirirəm ki, uzun müddət iş fəaliiyəti ilə məşğul olmuşam. Amma indi işsiz olduğum üçün sizə müraciət etmək məcburiyyətində qalmışam.
Mənim rayonda dolanışığım həddən artıq çıxılmaz vəziyyətdədir. Aylarla rayonun İcra Başçısı olan Cabbarov Siraqəddin Nəcəf oğlunun qəbulunda yatsamda bu günə kimi qəbuluna düşə bilməmişəm. Yan yörəsində olan qoçu dəstələri buna imkan vermirlər.
Mən çox acınacaqlı vəziyyətdə yaşayıram. Amma rayon icra başcısı Cabbarov Siraqəddin Nəcəf oğlunun heç vecinədə deyildir.
Hər dəfə qəbuluna gedəndə köməkçisi Əsədov Zaur Fərhad oğlu başçıya yaxınlaşan vətəndaşları küçə söyüşləri söyərək təhqir edir və bizi 15-"sutka"lıq həbslə hədələyir. Bizi bu rayonda heç it yerinədə qoymurlar. Hər dəfə ağzımızı açıb danışan kimi bizi türmə ilə hədələyirlər. Hətda dəfələrlə mənə başcının köməkcisi olan Əsədov Zaur Fərhad oğlu deyib ki, özünü bu rayonda yaxşı aparmasan səni it kimi mələdə mələdə polis çağırıb basdıracam içəri. İndidə bu sözləri bşçının müvinləri olan Quliyev İlham Novruz oğlu və Ocaqova Reyhan Nurəddin qızıda təkrarlamağa başlayıblar. Mən isə rayon yerində 30-qəpik tapa bilmirəm ki, o iki qız övladıma çörək alam, yaşadığım evin( əgər ev demək olarsa) suyu, qazı, işığı yoxdur.
Cənab Prezidet!
Axı bu haqsızlığı Allah da götürməz.
Cənab prezidentimiz İlham Əliyev siz özünüzdə ən əsası bir valideyin, bir atasınız.
Sizə mən bir ata kimi müraciət edirəm!
Mənim iki qız övladıma yazığınız gəlsin. Onlar bu gün Allahın bir tikə çörəyini tapmırlar yeməyə.
Amma burada oturan boynu yoğun məmurlarınız sizi aldadırlar ki, rayonun vəziyyəti çox yaxşıdır, amma bunların dediyi kimi deyil, gedirəm sosial yardım istəməyə vermirlər ki, rayondan ya başçı yada başçının müavinlərindən biri desin verək. Yoxsa bizlik deyil.
Mənim yazmadığım yerlərdə qalmayıb axırda son ümüd kimi mətbuat vasitəsi ilə sizə müraciət etmək qərarına gəlmişəm.
Cənab Prezident!
Sizin bir göstərişiniz gərəkdir ki, mənə həm sosial yardım verilsin həmdə işlə təmin olunum.
Xahiş edirəm gəlib mənim şəraitimlə maraqlansınlar, əgər mən dediklərim olmasa göstəriş verin elə məni yerimdəcə güllələsinlər.
Hörmətlə: Saatlı Rayon Mollavəzli kənd sakini Həsənov İlyas Nəcəf oğlu