SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İcra başçısı bu ailədən xəbərsizdir?

19-04-2019, 16:46 | Oxunub: 10 419 |

İcra başçısı bu ailədən xəbərsizdir?

Emtv.az xəbər verir ki,Saatlının Minbaşı kəndində Kərimovlar ailəsinin güzəranını görəndə adamın tükləri biz-biz olur.

Ailənin bir üzvü Qarabağ döyüşlərində əlil olmuş Zakir Kərimovdur. Ona nə əlillik pensiyası verilir, nə yerli icra hakimiyyəti tərəfindən yaşayışına köməklik olunur.

Qarabağ əlili ilə birlikdə əsəb-ruhi xəstəsi olan iki bacısı da yaşayır. Onlardan biri bu günlərdə səfalət, aclıq içində yaşamaqdan canını tapşırıb.

Sağ qalan Nuriyə Kərimova isə günlərini sayır. Çünki bu aclıq, səfillik vəziyyətində çox yaşamaq mümkün deyil.

Kərimovlara sosial yardım, pensiya təyin olunmayıb. Evə bir qəpik gəlmir. Bu barədə Qarabağ əlilinin qardaşı danışıb.

Onun sözlərinə görə, rayonda qardaşı və bacılarına çatacaq pullar mnimsənilib: “Onların gününə baxın, soyuq yerdə ac-susuz qalıblar.

Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki, bu adamlar necə olacaqlar. Mənim bacım ruhi xəstədir, onunla işim yoxdur, heç olmasa qardaşıma kömək eləsinlər. Bu insan vətən üçün sağlamlığını itirib.

Qohum-qonşular müraciət elədik ki, 100 manat ayrılsın, heç bir qəpik də görmədik. Sağ olsun. Bir sahibkar evə su kanalı açıb, yoxsa su da olmayacaqdı.

İndi Azərbaycana baxın, bu adamlara baxın. Qardaşım döyüşlərdə qıçını itirib, ona pensiya verilmir ki, heç olmasa ac qalmasın”.

Kərimovlar ailəsinin vəziyyəti ilə bağlı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Heydər Əliyev Fondundan köməklik istənilir, təcili reaksiya verilməsi xahiş olunur.

Saatlıda bu ailənin yaxınlığında yaşayan qonşular, Kərimovların qardaşı Saatlı icra başçısı Siraqəddin Cabbarov, cənab nazir Sahil Babayev, dövlət başçısı və Mehriban xanım Əliyevadan xahiş ediblər ki, bu biçarə, aclıqdan qırılmaqda olan insanlara, Qarabağ qazisinə köməklik olunsun, pensiya ayrılsın, sosial yardım verilsin.

O da təəssüf doğurur ki, Saatlının icra başçısı Siraqəddin Cabbarov bu günə qədər ailəyə köməklik etməyib, Qarabağ əlilinin vəziyyəti ilə maraqlanmayıb.

Daha sonra dia.az onu da qeyd edib ki,Prezident köçkünlərə, şəhid ailələrinə, Qarabağ qazilərinə qayğı, diqqət göstərir. Onun Saatlıdakı səlahiyyətli nümayəndəsi isə Zakir Kərimovun vəziyyətini soruşmayıb, ərazi icra nümayəndəsi, məsul şəxslər araşdırma aparmayıblar.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR