17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SAATLI İCRA HAKİMİYYƏTİNDƏ QARABAĞ QAZİSİNİ DÖYDÜLƏR
Yerli qurumlara problemləri ilə bağlı müraciət etdiyi üçün Səbuhi Fətullayevə cinayət işi açılıb
Saatlıda özbaşınalıq pik həddə çatıb. Artıq rayon İcra Hakimiyyəti başçısı və yerli məmurlar vətəndaşlarla həddindən artıq kobud davranmaqla yanaşı, həm də haqqını tələb edənləri həbs etdirəcəkləri ilə hədələyirlər.
"EMTV.az"-ın əldə etdiyi məlumata görə daha bir özbaşınalıq dünən baş verib. Belə ki, rayonun Molday kənd sakini, Qarabağ müharibəsi əlili Səbuhi Nizami oğlu Fətullayev yerli polis tərəfindən həbs olunub. Həbsinə səbəb isə üzləşdiyi problemlərlə bağlı Saatlı İcra Hakimiyyətinə gedərək, orada icra başçısı ilə görüşmək istəyi olub.
Məlumatda deyilir ki, həftənin 4-cü günü olduğundan icra başçısının birinci müavini İlham Quliyevin qəbulu keçirilirmiş. Ora gələn Səbuhi Fətullayev icra başçısı ilə görüşmək istədiyini bildirib. Lakin ona icazə verilməyib. Əvəzində isə bir neçə nəfər onu İcra Hakimiyyətində ağır formada döyərək, müxtəlif xəsarətlər yetiriblər. Qan içində olan Qarabağ əlilini oradan çağırılmış polis əməkdaşları aparıblar.
jam.az-a verilən məlumatda isə İcra Hakimiyyətinə çağırılmış polis Qarabağ qazisinin qoluna qandal vuraraq, onu Saatlı Polis Şöbəsinə aparıblar. Bu gün isə məlum olub ki, Səbuhi Fətullayevə cinayət işi açılıb. Onu hansı cinayətdə ittiham edilməsi barədə isə hələlik heç bir bilgi verilmir.
Qarşı tərəfi də dinləməyə hazırıq.