SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda Formula 1 üzrə ilk sərbəst yürüşlər başladı

27-04-2019, 15:15 | Oxunub: 12 665 |

Bakıda Formula 1 üzrə ilk sərbəst yürüşlər başladı

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin 2-ci günündə Formula 1 yarışları üzrə üçüncü sərbəst yürüşlərə start verilib.

Emtv.az xəbər verir ki, yürüş saat 14:00-da başlayıb.

Yürüşdə 10 komandada hər birini 2 pilot təmsil etməklə ümumilikdə 20 pilot yer alır. Bunlar "Mercedes" komandasından Luis Həmilton və Latteri Bottas, "Ferrari"dən Sebastyan Fettel və Şarl Lekler, "RBR"dən Maks ferstappen və Pyer Qasli, "Renault"dan Daniel Rikardo və Niko Hülkenberq, "Haas"dan Roman Qrojan və Kevin Maqnussen, "McLaren"dən Karlos Sayns və Lando Noris, "Racing Point"dən Serxio peres və Lans Strol, "Alfa Romeo"dan Kimi Raykönen və Antonio Giovinazzi, "Toro Rosso"dan Daniil Kvyat və Aleksandr Albon, "Williams"dan Corc Rassel və Robert Kubitsadır.

Dünən keçirilən ilk sərbəst yürüş zamanı yürüşdə dövrələrdə ən yaxşı nəticəni "Ferrari" komandasından monakolu Şarl Lekler göstərib. Onun komanda yoldaşı Sebastyan Fettel ən yaxşı ikinci nəticənin sahibi olub. Ən yaxşılardan üçüncüsü isə "Mercedes"dən hazırda çempionatda liderlik edən Luis Həmilton olub.

İkinci sərbəst yürüş isə trasda kanalizasiya lyuku ilə bağlı baş verən qəza ilə əlaqədar təxirə salınmış, sonra isə ümumiyyətlə ləğv olunmuşdu.

Bu gün saat 18:00-da isə pilotlar artıq sıralanma turunda mübarizəyə başlayacaqlar.

Qeyd edək ki, 2019-cu ildə Formula 1 üzrə Dünya çempionatının ilk 3 Qran pri mərhələsindən sonda "Mercedes" Luis Həmilton 68 xalla birinci, onun komanda yoldaşı Valtteri Bottas 62 xalla ikinci, "RBR Honda"dan Maks Ferstappen 39 xalla üçüncü pillədə qararlaşıblar. Azərbaycan Qran prisi mövsümün 21 mərhələsindən 4-cüsüdür.

Xatırladaq ki, bu, Formula 1 üzrə Azərbaycanda keçirilən sayca 4-cü Qran pridir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR