18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Formula-1”: Azərbaycan Qran-prisində tarixə düşəcək rəqəmlər
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarışın maraqlı statistik göstəriciləri açıqlanıb. Emtv.az xəbər verir ki, Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, ölkəmizdəki VIII mərhələ bir sıra pilotlar, komandalar və ölkələr üçün yaddaqalan olacaq.
Statistik göstəriciləri təqdim edirik:
Pilotlar
* Sebastian Fettel Bakıda 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.
* Rikkardo Bakıda 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.
* Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.
* Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.
* Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.
* Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.
* Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.
* Valtteri Bottas Bakıda 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.
* Azərbaycan Qran-prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran-pri yarışıdı.
Komandalar
* Williams Martini Racing 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.
* Haas 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.
Ölkələr
* Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.
* Daniel Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.
* Fettel, Hulkenberq və ya Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.
* Saynz və ya Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.
* Qrojan və ya Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.
* Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.
Emtv.az