18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
'Formula-1' Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilib
19 İyun, 2017 16:34 xeber – “Formula-1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.
Emtv.az xəbər verir ki, Hava Limanının mətbuat xidmətindən report-a daxil olan məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük 6 reyslə Monreal şəhərindən gətirilib. Daha 2 reys bu həftə yerinə yetiriləcək.Reysləri “Silk Way Airlines”, “Cargolux”, “Qatar Cargo” və “AirBridgeCargo” yük aviaşirkətləri yerinə yetirirlər.”Formula-1″ Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır. Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.