SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Səhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi

27-04-2019, 15:06 | Oxunub: 11 930 |

Səhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi Bakıda - Respublika Uşaq Klinik Xəstəxanasında 3 aylıq uşağın səhv qan qrupunun orqanizmə köçürülməsi səbəbindən dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatı araşdırıb.

Emtv.az xəbər verir ki,Nazirliyin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, Əsgərzadə Mədinə Orxan qızı 28.03.2019-cu il tarixdə saat 14.10-da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırlığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Uşaq xəstəxanaya daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (imumi kliniki, biokimyəvi, serroloji).

Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə "Fetal hepatit, immun hemolotik anemiya" diaqnozu qoyulub.

Nazirlikdən bildirilib ki, xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi:

"Valideyn heç bir sənəd təqdim etmədən, şifahi olaraq bildirdi ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu demişdilər. Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olundu. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürüldü. 4 dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb-nin səviyyəsi qalxmırdı. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədardır. Tibbi protokollara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin 04.04.2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə alındı".


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR