17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BİR GECƏDƏ İKİ PİYADANI MAŞIN VURDU
Bakıda iki piyadanı maşın vurub. Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat veriblər.
"EMTV.az" xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1984-cü il təvəllüdlü İmranov Elməddin Telman oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilərək dərhal əməliyyat olunub. Həkim-travmatoloq Mərziyyə Hüseynovanın verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Müayinə ona zamanı döş qəfəsinin əzilməsi qarnın küt travması diaqnozu qoyulub. Xəstəyə dərhal müdaxilə edilib. Hazırda vəziyyəti orta-ağır stabildir".
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisədən sonra qaçıb. Hazırda avtomobilin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər piyada vurma hadisəsi isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Babazadə İradə Arif qızı yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. O, təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkim-travmatoloq Mərziyyə Hüseynovanın verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabildir və həyatı üçün heç bir təhlükə yoxdur: "Xəstə kliniki müayinədən keçirildi. Müəyyən olundu ki, onda qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, döş qəfəsinin və qarnın küt travması, soltərəfli oturaq sümüyün qapalı yerdəyişmə ilə sınığı var. Xəstəyə dərhal müdaxilə olundu və reanimasiya şöbəsinə köçürüldü. Hazırda xəstənin vəziyyəti orta-ağır stabildir".
Qeyd edək ki, İradə Babazadəni vuran avtomobil də hələlik müəyyən olunmayıb.
Faktı Xəzər rayon Polis İdarəsi araşdırır.