17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Üzünü it parçalayan uşağın həkimi: "Müalicə bitib, amma valideynlər uşağı hələ xəstəxanada saxlamaq istəyirlər"
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun vəziyyəti normaldır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.
Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparıldıqdan sonra dişlənmiş yanaq bərpa edilib:
"Uşağın yaraları artıq sağalıb. Yaralar üzərinə qoyulmuş tikişlər də sökülüb. Bizim tərəfimizdən onun müalicəsi dayanıb. Amma valideynlər öz istəkləri ilə uşağı hələ xəstəxanada saxlamaq istəyirlər".
Hüseynin atası Qismət Məmişov bildirib ki, uşağın vəziyyəti artıq yaxşıdır. Amma uşağa hər hansı infeksiyon xəstəliyin keçməsindən ehtiyat etdikləri üçün onu iyunun 30-u və ya mayın 1-dək xəstəxanada saxlayacaqlar.
Xatırladaq ki, aprelin 16-da itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.
Rasim Mirzeyev
Emtv.az