17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Neqodnu”ların villasından fərqli şəhid daxması: Ağcəbədinin icra başçısının pul saymaqdan başı açılmır
Emtv.az xəbər verir ki, jurnalist Elgün Gəncimsoy Ağcabədi rayon Şahsevən kəndində yaşayan şəhid ailəsinin acınacaqlı durumundan yazıb:
“Şəhid Azər Abbas oğlu Əhmədovun valideynləri və bir qardaşı fotoda gördüyünüz bu daxmada yaşayır. Daxma Ağcabədi rayon Şahsevən kəndində yerləşir. Oğlunun qara daşdan baxan şəklinin ayağına sarılan anası deyir ki: “Oğlumun silahdaşlarından, yüksək rütbəli komandirlərdən başqa qapımızı açan yoxdur… Hələ bir dəfə gəlib problemlərimizlə maraqlanan olmayıb…”
Ağcabədi rayon icra başçısı Şahin Məmmədov mənim yaddaşımda çox gözəl qalıb. İllər əvvəl Hindarx qəsəbəsində məni xaricə işləyən agent kimi tutmuşdu…
Hörmətli , cənab, möhtərəm, Vətənpərvər icra başçısı! Necə olur sən kiminsə agent olduğunu görə bilirsən, müavinəyin villası ilə şəhidin daxmasın görə bilmirsən?
Unutmayın ki sizin vəzifəniz , səlahiyyətiniz bir imza boydadır. O imza ki onun sahibi bu Vətən üçün şəhid düşən valideynlərin qarşısında əyilib onların əlini öpür. Bu hallardan sonra sizin etdiyiniz sadəcə xəyanətdir…”
Elgün Gəncimsoy
Emtv.az