SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Torpaq uğrunda ölən Aprel şəhidinin ailəsinin yaşadığı acınacaqlı həyat tərzi – Vaqonda yaşayırlar…

18-12-2017, 14:36 | Oxunub: 10 592 |

Torpaq uğrunda ölən Aprel şəhidinin ailəsinin yaşadığı acınacaqlı həyat tərzi – Vaqonda yaşayırlar…

Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir.

Emtv.az BakuPost.az-a istinadən xəbər verir ki, 38 yaşlı Şaxanım Zəkərəyeva bildirib ki, oğlu şəhid olandan sonra xəstəlik tapıb:

“Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm”

Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra müalicəsi üçün evlərini satıblar, indi isə çay qırağında qaz və işığı olmayan vaqonda yaşayırlar.

Ailə başçısı Nadir Zəkərəyev 1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib. N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib: “Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir torpaq yoxdur. Deyirəm necə olur axı bu boyda Şamaxıda torpaq yoxdur?”

Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib.

Torpaq uğrunda ölən Aprel şəhidinin ailəsinin yaşadığı acınacaqlı həyat tərzi – Vaqonda yaşayırlar…

Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: “Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər. Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam. Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri. Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”.

Emtv.az
Torpaq uğrunda ölən Aprel şəhidinin ailəsinin yaşadığı acınacaqlı həyat tərzi – Vaqonda yaşayırlar…
Torpaq uğrunda ölən Aprel şəhidinin ailəsinin yaşadığı acınacaqlı həyat tərzi – Vaqonda yaşayırlar…

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR