17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xətai İcra Başçısı hara baxır???-“Şəhid parkı” məhv edilərək yerində bina tikilir-FOTO
Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki “Şəhid Parkı” sökülərək yerində bina tikilir
M.Rüstəmov 52 ünvanında yaşayan sakinlərin mətbuata verdiyi məlumata görə, ətrafda yaşayanların istifadə etdiyi yaşllıq hər gecə məhv edilir.
Parkda şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək hazırda xarabalığı xatırladan ərazisində yerləşdirilib.
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlandıqdan sonra onlar tikintinin dayandırılması üçün etiraz ediblər. Sakinlərin etirazından sonra işlər dayandırılıb.
Vətəndaşlar deyirlər ki, tikintini aparan şirkət ağacları bir-bir gecələr kəsməyə başlayıb.
Qeyd edək ki, hazırda məhv edilən park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılıb. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Park, ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan olub. Ötən il parkın yuxarı hissəsində çoxmərtəbəli bina tikilib.
Xətai Rayon İcra Hakimiyyətindən vətəndaşların müraciətinə cavab olaraq ərazidə çoxmərtəbəli binanın tikintisindən xəbərsiz olduqları bildirilib.
Ağacları kəsən şirkətin rəhbərliyi sakinlərə bina tikintisi üçün icazələrinin olduğunu, ərazini aldıqlarını deyirlər…