18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İsmayıllıda narkotik alverçiləri tutuldu
İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Emtv.az xəbər verir ki,belə ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli mətbuata verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu- əməliyyat -axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram qurudulmuş marixuana aşkar edilib. İlkin araşdırma zamanı K.Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. S.Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K.Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Nəzrin Abbaszadə
Emtv.az