18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəkidə narkotacirlər tutuldu - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan yerli mətbuata bildirilib ki, martın 24-də ŞRPŞ əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamaləddin Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin və şəhər ərazisindəki yaşadığı evin zirzəmisindən sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
ŞRPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az